Müğənni Şəbnəm Tovuzlu toy məclisində əlində pul mahnı oxumasının tənqid edilməsinə münasibət bildirib.
Müğənni RTV-yə açıqlamasında qeyd edib ki, pulu əziyyətlə qazanır və heç kim onu tənqid edə bilməz.
Qeyd edək ki, sənətçi toy məclislərindən birində ovcuna pul yığaraq oxuyub. Şəbnəm həmin görüntüləri sosial şəbəkədə yayımlayıb.
Sosial şəbəkə izləyiciləri isə Şəbnəmi pulları nümayiş etdirdiyi üçün tənqid atəşinə tutublar.