Dünya

Puqaçovanın İsraildəki evi qarət olunub?

Puqaçovanın İsraildəki evi qarət olunub?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xalq artisti Alla Puqaçovanın İsrailin Qeysəriyyə şəhərindəki evinin qarət edildiyi iddia olunub.

7Times.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Bildirilib ki, oğrular müşahidə kameralarını sındırıblar və evdən qiymətli əşyalar, həmçinin, 38 milyon rubl (təxminən 858 min manat) məbləğində pul oğurlayıblar.

“Московский комсомолец”in məlumatına görə Puqaçova şayiələri təkzib edib. O, vurğulayıb ki, sözügedən şəhərdə yaşamır və heç kim onun evini qarət etməyib.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.