Rusiya prezidenti Vladimir Putin ölkə ərazisindəki qanunsuz miqrantlarla bağlı yeni sərəncam imzalayıb.
7times.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni qərara əsasən, ölkə ərazisini iyunun 15-nə qədər tərk etməyə imkan tampayan miqrantlar üçün bu müddət sentyabrın 30-na qədər uzadılıb.
Əgər miqrantlar bu müddət ərzində heç bir qanun pozuntusuna yol verməyiblərsə, onlar Rusiya ərazisində qala biləcək.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə ərazisində 120 min azərbaycanlı miqrant qanunsuz fəaliyyət göstərir. Report
Follow @7timesaz