Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ruben Vardanyanın taleyini müzakirə etməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, separatçıların sabiq “dövlət naziri” Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Follow @7timesaz