Putin bir cümlə ilə Avropanın TALEYİNİ DƏYİŞDİ

Putin bir cümlə ilə Avropanın TALEYİNİ DƏYİŞDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin bir cümlə ilə Avropada qazın ucuzlaşmasına təsir göstərə bilib.

7times.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt” qəzeti yazır.

Nəşr bildirir ki, bundan əvvəl Putin “Qazprom”a Avropanın yeraltı qaz anbarlarında yanacağın həcminin artırılması üçün planlaşdırılmış işlərə başlamağı tapşırmışdı.

Şirkətin rəhbəri Aleksey Miller ölkə başçısını konsernin bunu edəcəyinə inandırıb və bundan sonra Rusiya lideri bu işlərin gedişi barədə ona məlumat verməyi əmr edib.

“Vladimir Putinin demək olar ki, təsadüfi açıqlaması Avropa qaz bazarının rahat nəfəs almasına səbəb oldu”, – məqalədə deyilir.

Nəşrin müəllifi qeyd edib ki, Putinin sözlərindən sonra Hollandiyada təbii qaz fyuçerslərinin qiymətləri 15 faiz ucuzlaşıb:

“Avropadakı enerji böhranı göstərdi ki, Rusiya bazarda şübhəsiz dominantlıq edir. Rusiya şirkətinin nə qədər əlavə qaz tədarük edəcəyi hələlik bəlli deyil. Söhbət tədarük həcmlərindən gedir. Artıq söz verilmişdi. Lakin bazarlar dərhal reaksiya verdilər”.

Avropada enerji qiymətləri son aylarda kəskin artıb. Avqustun əvvəlində Hollandiyanın TTF indeksi üzrə qaz fyuçerslərinin təxmin edilən dəyəri min kubmetr üçün təqribən 515 dollar təşkil edirdi, sentyabrın sonunda isə iki dəfə artdı. Qaz qiymətləri oktyabrın 6-da 1937 dollara çatdıqdan sonra azalmağa başladı.

Mütəxəssislər hesab edirlər ki, xammalın qiymətinin qalxması Avropa anbarlarının aşağı səviyyədə doldurulması, həmçinin Asiyada LNG-yə tələbatın yüksək olması ilə bağlıdır.

Vladimir Putin qeyd edib ki, qaz çatışmazlığı Avropa Komissiyasının iqtisadi siyasətinin nəticəsidir. Bundan əlavə, ABŞ və Yaxın Şərqdən Avropaya səkkiz milyard kubmetr yanacaq tədarük edilməyib, “Qazprom” isə idxalı 11 milyard kubmetr artırıb. / Publika.az