Dünya

“Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır” Ağ ev Kremlə cavab verib

“Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır” – Ağ ev Kremlə cavab veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ ev Kremlin Qərbin Ukraynaya yardımdan yorğunluğunun artacağı və Kiyevin Qərb tərəfdaşları arasında ziddiyyətlərin artacağı ilə bağlı iddialarını rədd edib.

“Report” “C-SPAN”a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib.

Jan-Pyer rusiyalı həmkarına Ukraynanın arxasında güclü ittifaqın olduğunu xatırladıb: “Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya var. Əgər Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”.

O həmçinin bildirib ki, Vaşinqton tezliklə Ukraynaya yeni yardım paketi elan edəcək.

Xatırldaq ki, daha öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “müxtəlif ölkələrin, o cümlədən ABŞ-nin Kiyev rejiminə tamamilə absurd sponsorluqdan yorğunluğunun artacağını” demişdi. Onun fikrincə, “bu yorğunluq siyasi isteblişmentin parçalanmasına və ziddiyyətlərin artmasına gətirib çıxaracaq”.