Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək.
7Times.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, səfər 18-19 avqust tarixlərində baş tutacaq.
Rusiya liderinin Azərbaycana səfərinin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır.