Rusiya Prezidenti Vladimir Putin “Rospotrebnadzor”un rəhbəri Anna Popovanın bu ilin may tətilləri arasındakı günləri qeyri-iş günü elan etmək təklifi ilə razılaşıb.
7times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 1-10 may tarixləri Rusiyada bayram günləri kimi təsdiqlənib.
Bu qərar ölkədə gərginləşən epidemioloji vəziyyət fonunda qəbul edilib. Putin artıq bununla bağlı müvafiq fərmanı imzalayıb. qafqazinfo.az