Aktual

“Putin casusları taparaq cəzalandıracaq” – Darya Duqinanın ölümü Kreml üçün ağır zərbədir

“Putin casusları taparaq cəzalandıracaq” – Darya Duqinanın ölümü Kreml üçün ağır zərbədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Darya Duqinanın öldürülməsi Rusiyanın təhlükəsizlik-kəşfiyyat sistemindəki boşluqlardan xəbər verir”.

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. O qeyd edib ki, bu hadisə Qərbin rəqibinin sinir nöqtələrində öz agentlərini yerləşdirməyi bacardığı fikrini gücləndirir:

 

“Putin emosional deyil, onun əlində başqa kartlar var. O, soyuqqanlılıqla düşmən ovuna çıxıb Rusiya idarəetməsindəki casusları taparaq cəzalandıracaq, yalançı casuslar da tapılacaq. Duqinanın öldürülməsi Rusiyanın daxilində hazırkı hakimiyyətə qarşı silahlı cəbhə formalaşdırmağın elanı kimi başa düşülə bilər. Məqsəd Rusiyanın daxilindəki ocaqlara benzin tökərək onu Kremlə qarşı alovlandırmaqdır”.

 

Ekspert bildirib ki, Rusiyanın strategiyasında kəşfiyyat fəaliyyəti Moskva üçün xeyli fəsadlar təqdim edir:

“Bu fəsadların yaranmasında Qərbin rolu böyükdür. Rusiyanın kəşfiyyat orqanlarının nəzərəçarpacaq dərəcədə zəif fəaliyyətini vurğulamaq lazımdır, hibrid müharibədə Qərb məqsədlərinə doğru daha çox irəliləyir.  Amma Qərb Ukraynadakı hərb meydanında faktiki olaraq Rusiyanı geri oturda bilməyib”.

 

Qeyd edək ki, ötən gün məşhur politoloq, Kremlin müasir ideoloji istiqamətlərinin “xaç atası” hesab edilən Aleksandr Duqinin qız Darya Duqina avtomobilinə qoyulmuş partlayıcı maddənin partlaması nəticəsində həlak olub.