Dünya

Putin: “Çətin vəziyyətdəyik”

Putin: “Çətin vəziyyətdəyik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Dünyadakı durumu və yeni “Omikron” ştamının sürətlə yayılmasını izləyirəm. Bu gün, sözsüz ki, çətin vəziyyətdəyik”.
Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusiya yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsindədir. Yeni il tətilləri ölkədəki epidemioloji vəziyyətə təsir etməyə bilməzdi”, – o vurğulayıb.
Rusiya hökumət sədrinin müavini Tatyana Qolikova da ölkədə “Omikron” ştamına yoluxmanın ilin sonundan başladığını və bunun COVID-19-un yayılmasını sürətləndirdiyini bildirib: “Hədəfimiz virusun yayılmasının qarşısının alınması istiqamətində lazımi işləri görməkdir”.
Qeyd edək ki, V.Putin bu gün hökumət üzvləri ilə birlikdə videokonfrans formatında iclas keçirib.