Dünya

Putin çevriliş qorxusundan Moskvaya 18 minlik xüsusi təyinatlı diviziya topladı…-İngilis mediası

Putin çevriliş qorxusundan Moskvaya 18 minlik xüsusi təyinatlı diviziya topladı…-İngilis mediasıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən axşam saatlarında  Moskvada Rusiya Milli Qvardiyası tam döyüş vəziyyətinə gətirillməsi haqda xəbər vermişdik. Gecə saatlarında bu mövzuda daha geniş məlumatlar yayılıb.
7Times.az  xəbər verir ki, Böyük Britaniyanın “The Sun” tabloidinin Ukrayna kəşfiyyatındakı mənbələrə istinadla yaydığı məlumata görə(//www.thesun.co.uk/news/20051863/ukraine-claims-putin-guard-coup/), Rusiya prezidenti Vladimir Putin çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağından qorxduğundan Moskvada təhlükəsizliyi gücləndirmək üçün Rusiya ordusunun elit birliyi yerləşdirilib.
“Kiyev kəşfiyyatının nümayəndələri bildiriblər ki, Putinin Rusiya Milli Qvardiyasının “ODON”(OTƏD-Operativ təyinatlı əlahiddə diviziya) elit bölməsi reydlərə başlayıb və şübhəli hərbçiləri həbs edib”, – xəbərdə belə deyilir.
Kiyev məxfi xidmətləri “Moskvanın perimetri boyu bütün hərbi hissələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini” bildirsə də,  Rusiya mətbuatında belə xəbərlər hələ ki, yoxdur.
“ODON” qoşunları Rusiya Qvardiyasının daxili təhlükəsizlik bölməsidir.
Xüsusi çevik reaksiya qrupuna təxminən 18 min nəfər daxildir və ona general-mayor Nikolay Kuznetsov rəhbərlik edir.
Kiyev kəşfiyyatı bildirib ki, “ODON” qüvvələri Moskvada yerləşdirilib və “çoxlu həbslər, həbslər və blokadalar olub”.