“Ümid etməyin”: Komarovski Putinə gözlənilməz diaqnoz qoyub…
Tanınmış həkim-pediatr Yevgeni Komarovski bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin xəstədir, lakin onun duaqnozu ölümcül deyil.
Onun sözlərinə görə, görünür, Kreml rəhbəri koronavirusun fəsadlarından əziyyət çəkir.
Moderator.az xəbər verir ki, bu barədə Komarovski YouTube-dakı “Qonçarov” kanalında bəyan edib.
Mütəxəssis qeyd edib ki, həkimlər üçün on-line diaqnoz qoymaq çətindir, lakin bu və ya digər xəstəliyi güman etmək üçün müəyyən zahiri əlamətlər mövcuddur.
“Diaqnoz qoymaq çətindir. Amma perspektivləri təsvir etmək mümkündür. Yəni sizin onun tezliklə dünyasını dəyişməsinə ümid etməyinizə dəyərmi? Bunu əksəriyyət hallarda həkim söyləyə bilər. Beləliklə, təəssüf ki, buna ümid etməyin, o, sağlam deyil, amma onun sabah onu məzara düçar edəcək xəstəlikləri yoxdur. Amma onun birmənalı olaraq düşünmək fuksiyalarını güclü şəkildə pozan xəstəliyi var. Biz yalnız baş sındıra bilərik. Mən güman edirəm ki, onda koronavirusdan sonrakı ensefalopatiyadır”, – həkim bəyan edib.
Koronavirus (kovid) ensefalopatiyası baş beynin qeyri-spesifik zədələnməsidir, COVİD-19-dan sonra xəstəliyin kəskin və ya sağalma mərhələsində
baş verir.
Xəstəlik biokimyəvi və mübadilə proseslərinin pozulması, nəticədə beyin neyronlarının funksiyasının pozulması ilə səciyyələnir və aşağıdakı əlamətlərlə təzahür edir:
– əqli iş qabiliyyətinin aşağı düşməsi;
– hafizənin, düşüncənin, diqqətin pozulması;
-əhval-ruhiyyənin tez-tez dəyişməsi, əsəbilik;
– qoxu hissinin itməsi;
– görmə zəifliyi;
-gündüz yuxuya meyllilik;
– dəqiq lokalizasiyası olmayan baş ağrıları;
– dayanıqlığın pozulması;
– hərəkət koordinasiyasının pozulması.
Xatırladaq ki, iyulun sonunda Rusiya Federasiyası Hərbi-Dəniz Donanması günü ərəfəsində Vladimir Putin Kronştadt şəhərini ziyarət edib, orada müdafiə naziri Sergey Şoyqunun qızı Kreml lideri üçün ekskursiya təşkil edib.
Sosial şəbəkələr istifadəçiləri Rusiya KİV-lərinin rəsmi videoxronikasında Putinin sağ əlinin ağcaqanadlar ona hücum edən zaman həyati əlamətləri olmadan asılı vəziyyətlə olduğuna diqqət yetiriblər.
Prezident ağcaqanadları yalnız sol əli ilə qovmağa çalışırdı, hərçənd, o, solaxay deyil.
Öz növbəsində Kaliforniya universitetinin professoru Ceyms Fellon Rusiya prezidentinə belə diaqnoz qoyub: “Özünə nəzarəti itirən sadist əlamətləri olan psixopat”.