Dünya

Putin Ərdoğana narazılığını bildirdi, ondan ZƏMANƏT İSTƏDİ

Putin Ərdoğana narazılığını bildirdi, ondan ZƏMANƏT İSTƏDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında dünən baş tutan telefon söhbətinin detalları bəlli olub.

Sfera.az-ın məlumatına görə, Putin “taxıl razılaşmasına” qayıtmaq üçün şərtlərini Ərdoğana çatdırıb. Kremldən verilən açıqlamada Rusiyanın bəzi şərtlərinin olduğu və razılaşmaya qayıtmaq üçün zəmanətlər istədiyi bildirilib.

“Moskva ancaq Kiyevdən real təminat veriləcəyi təqdirdə sövdələşməyə qayıtmağı nəzərdən keçirə bilər”, – deyə Putin Ərdoğana söyləyib.

Qeyd olunub ki, Putin Ərdoğandan Kiyevdən İstanbul razılaşmasına ciddi əməl ediləcəyi ilə bağlı real vədlər və xüsusilə humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair söz istəyib. Kreml həmçinin bəyan edib ki, yalnız Krıma pilotsuz təyyarə hücumu ilə bağlı təhqiqat başa çatdıqdan sonra müqaviləyə geri dönüş edilə bilər. Telefon danışığında Putin Ərdoğana razılaşmanın ikinci hissəsinin, Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxarılmasının baş tutmadığını xatırladıb və bu səbəbdən narahatlığını ifadə edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında taxıl sazişi iyul ayında Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanıb. Bu müqavilə çərçivəsində 25 milyon taxılın dünya bazarına çıxması nəzərdə tutulurdu.