Dünya

Putin Erməniləri təbrik etdi.“Yaxşı dostluq və qarşılıqlı hörmət”

Putin Erməniləri təbrik etdi.”Yaxşı dostluq və qarşılıqlı hörmət”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti və baş naziri Vaaqn Xaçaturyana və Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik ünvanlayaraq ,respublikanın bütün vətəndaşlarına sülh və firavanlıq arzulayıb.

7Times.az xəbər verir ki, Putin təbrik məktubunda “Rusiya-Ermənistan münasibətlərinin yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığını qeyd edib.

“Ölkələrimiz siyasi, ticarət-iqtisadi, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq edir, birlikdə Avrasiya inteqrasiya proseslərinin təşviqinə mühüm töhfə verir”

Putin  iki ölkə arasında müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsinin Rusiya və Ermənistanın qardaş xalqlarının maraqlarına uyğun olduğuna əmin olduğunu bildirib.
Putin Ermənistanın baş nazirinə ünvanladığı təbrikdə Aİİ, KTMT, MDB və digər strukturlar çərçivəsində müxtəlif sahələrdə uğurlu əməkdaşlığın və səylərin əlaqələndirilməsinin vacibliyini qeyd edib.