Ukraynanın eks-prezidenti Petro Poroşenko dünya liderlərini Putinin İndoneziyada Bali adasında keçiriləcək G20 sammitinə dəvətini ləğv etməyə çağırıb.
7Times.az xəbər verir ki, o, bu barədə Britaniyanın “Sky News” telekanalına müsahibəsində deyib. “Bütün dünyaya, xüsusən də G7 və G20-yə müraciətim. Düşünürəm ki, G20 ölkələri Putinin Bali adasına səfər etmək dəvətini geri götürməlidir. Çünki o, Balidə istirahət edərkən, yəni ukraynalılar, dinc sakinlər rus qoşunları tərəfindən öldürüləcək. Putinin yeri Balidə olmamalıdır. Putin Haaqada olmalı, məhkəmə onu dəmir barmaqlıqlar arxasına qoymalıdır. Bu, yeri gəlmişkən, Çin və Hindistanın da olduğu G20 ölkələrinin birgə mövqeyi olmalıdır, çünki onların rolu indi müharibənin sona çatması üçün son dərəcə vacibdir”.
“Unikal”
Follow @7timesaz