Rusiya Prezidenti Vladimir Putinin ağır xəstə olması barədə deyilənlərin ciddi əsası var. Görünür, o, hakimiyyəti varisinə təhvil verməyə hazırlaşır.
7times.az xəbər verir ki, bu sözləri ukraynalı siyasi ekspert Andrey Qolovaçev öz məqaləsində yazıb.
Ekspert iddia edir ki, il yarım ərzində Putin hakimiyyətdən gedəcək:
“Hazırda isə Rusiyada ÜDM uğrunda qruplaşmaların savaşı gedir. Putindən sonra Kremlin siyasəti necə ola bilər? Prinsip etibari ilə 2 variant var: Birincisi, ABŞ-a təzim etmək, hər şeydə Putini günahlandırmaq və aktivlərin toxunulmazlığı qarşılığında Rusiyanın Ukrayna, Suriya, Qafqaz, Belarus və Dnestryanından çəkilməsi… Şübhə yoxdur ki, məhz Bayden administrasiyası Rusiyadan bu münasibəti gözləyir. Bu ssenarinin mümkünlüyü 15 faizdir.
İkinci ssenariya görə isə Rusiyanın özünü təcrid etməsi, Qərb əleyhinə vətənpərvər isterikanın yüksəlişi, yeni lider ətrafında toplanma və Rusiyanın bir növ Şimali Koreyaya çevrilməsi… Bu ehtimalın inandırıcılığı isə 85 faizdir.
İkinci ehtimal Donbasda genişmiqyaslı müharibənin bərpası deməkdir. Belə olan halda ABŞ Ukraynaya yardım edəcək və nəticədə Ukrayna-Rusiya savaşı baş verəcək. Bu müharibə nəticəsində Ukrayna daha böyük ərazi itirəcək. Bu, Ukraynada ağır siyasi böhrana, ölkənin bütövlüyünə təsir göstərəcək iqtisadi çöküşə gətirəcək”. /Axar.az
Follow @7timesaz