Dünya

PUTİN İLK DƏFƏ PRİQOJİNİN ÖLÜM SƏBƏBİNDƏN DANIŞDI  “Bu izlər aşkarlanıb…”

PUTİN İLK DƏFƏ PRİQOJİNİN ÖLÜM SƏBƏBİNDƏN DANIŞDI – “Bu izlər aşkarlanıb…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təyyarə qəzasında ölənlərin cəsədlərindən əl qumbarası parçaları tapılıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin ötən gün Soçidə baş tutan Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

Rusiya lideri müstəntiqlərin cəsədlərdən spirtli içki və narkotik testi götürməməsini səhv adlandırıb.

Putin ABŞ-ın “təyyarənin vurulduğuna inanırıq” iddiasına isə belə cavab verib. Onun sözlərinə görə, təyyarə qəzasında həlak olanların cəsədlərində əl qumbaralarının izləri aşkarlanıb:  “Təyyarəyə heç bir xarici təsir olmayıb. Bu, artıq sübut olunmuş faktdır”.

Putin əlavə edib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri bir neçə gün əvvəl sözügedən qəzayla bağlı ona hesabat verib.

Putin həmçinin bildirib ki, qəzadan sonra Vaqnerin Sankt-Peterburqdakı ofislərində aparılan axtarışlar zamanı 10 milyard rubl (100 milyon dollar) nağd pul və 5 kiloqram narkotik tapılıb.

Xatırladaq ki, “Vaqner” rəhbəri Yevgeni Priqojin avqustun 23-də Moskvanın şimalında baş verən təyyarə qəzası nəticəsində vəfat edib. Bundan sonra Priqojinin müəmmalı ölümünün arxasında məhz Vladimir Putinin olduğuna dair iddialar yayılıb.