Dünya

Putin Kadırovu yüksək vəzifəyə gətirir? – İDDİA

Putin Kadırovu yüksək vəzifəyə gətirir? – İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan lideri Ramazan Kadırov haqqında səs-küylü iddia ortaya atılıb.

 

Sfera.az bildirir ki, Putinlə yaxınlığı ilə tanınan Kadırovun daha yüksək vəzifələrə gələ biləcəyi fikri irəli sürülüb. Belə ki, onun  müharibəyönlü mövqeyini nəzərə alan bəzi mənbələr Çeçenistan liderinin Rusiyanın müdafiə naziri ola biləcəyini bildiriblər.

 

Bundan öncə Kadırovun ad günü münasibətilə Putin tərəfindən təbrik edildiyi və ona “general-polkovnik” rütbəsi verildiyi vurğulanıb. Qeyd olunub ki, bu rütbə üç ulduzlu generallara verilən addır və NATO sistemində “general-leytenant” rütbəsinə uyğundur.

 

Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Moskvadakı çıxışında 4 rayonun ilhaqını rəsmən açıqlayıb. Putin ilhaq qərarını açıqlayarkən Çeçenistan lideri Ramazan Kadırovun ağlaması diqqət çəkib. Çeçenistan liderinin Putinin “ölən əsgərlərimizi xatırlayaq” cümləsinə görə duyğulandığı öyrənilib.

 

Son günlər isə Kadırov Limanın itkisinə sərt reaksiyası ilə gündəmə gəlib.  O, “Telegram”da paylaşdığı mesajda Rusiya Mərkəzi Bölgəsinin komandanı general Aleksandr Lapini və Rusiya Baş Qərargahının yüksək rütbəli zabitlərini hədəfə alıb.

 

“Məndən asılı olsaydı, Lapini əsgər edərdim, bütün mükafatlarını əlindən alıb, ayıbını qanla yuması üçün ona tüfəng verərdim və cəbhəyə göndərərdim”, deyə o qeyd edib.