Dünya

“Putin-Kim Çen In yaxınlaşması Si Cinpini narahat edir” – Çin narazıdır

“Putin-Kim Çen In yaxınlaşması Si Cinpini narahat edir” – Çin narazıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın Rusiyaya Ukrayna müharibəsində dəstək üçün əsgər göndərməsi Çini narahat edir.

7Times.az  xəbər verir ki, “Financial Times”-ın yazdığına görə, hələ Koreya başçısı Kim Çen In Rusiyaya öz qoşunlarını göndərməzdən əvvəl də Çin artıq Şimali Koreyanın Moskva ilə dərinləşən əlaqələrindən narazı olub. Analitiklərin fikrincə, bu addım Çinin qonşuları arasında hərbi yaxınlaşma ilə bağlı narahatlığını daha da artırıb.

Qəzet yazır ki, keçən həftə Çinin sədri Si Cinpin Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə təbrik etdiyinə görə Koreyə rəhbərinə təşəkkür edib. Lakin cavab məktubunda Şimali Koreya barədə ənənəvi olaraq istifadə olunan “dost qonşu ölkə” ifadəsini işlətməyib. Təhlilçilər bildirirlər ki, bu jest Pekinin artan narazılığından xəbər verir.

Şimali Koreya üzrə ekspert Andrey Lankov bununla bağlı qəzetə deyib: “Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi dramatik addımdır və Çin bunu bəyənmir”.

“AzPolitika.info”