Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb.
“7Times.az”ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu gün prezident Kremldə Moskvada olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb”, – o bildirib.
Tərəflərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.
Follow @7timesaz