“Rusiya iqtisadiyyatı sanksiyalara dözür”
Gundem.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə deyib.
Putin daha sonra rubldan danışıb, deyib ki, ticarət əməliyyatlarında milli valyuta ilə ödəniş rublun möhkəmləndirir: “Biz rublla ödəniş sistemini də həyata keçirməyə nail olmuşuq”.
Rusiya və Belarus arasındakı birliyə toxunan Rusiya liderinin sözlərinə görə, hər şeyi təmkinlə, tələsmədən irəliyə doğru aparılır: “Hər bir addımımızı elə tənzimləyirik ki, hər bir addım bizi daxildən, xaricdən gücləndirsin, siyasi sistemlərimizi gücləndirsin, onların inkişafı üçün şərait, iqtisadi inkişaf üçün möhkəm zəmindir yaratsın. Biz indi ittifaq dövlətinin qurulması ilə bağlı gələcək prosesləri müzakirə etməliyik”.
Follow @7timesaz