Dünya

Putin Mariupolla bağlı göstərişlər verəcək

Putin Mariupolla bağlı göstərişlər verəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Mariupol (Rusiya tərəfindən işğal olunmuş Ukrayna şəhəri – red.) sakinlərinin ona dediyi problemləri həll etmək üçün göstərişlər verəcək.

7Times.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Prezidentlə söhbət zamanı Mariupol sakinləri maaşların gecikdirilməsi, Rusiya vətəndaşlığının alınması və Rusiya pasportlarının verilməsi ilə bağlı məsələlər qaldırıblar. Prezident yaranmış vəziyyətlə bağlı göstərişlər verəcək”, – Kreml sözçüsü deyib.

Qeyd edək ki, Putin Rusiya qüvvələrinin nəzarətində olan Ukraynanın Mariupol şəhərinə səfər edib.