Rusiya-Ukrayna müharibəsinin bütün şiddəti ilə davam etdiyi bir zamanda Rusiya prezidenti Vladimir Putinlə bağlı səsləndirilən iddiaların ardı-arası kəsilmir.
Putinin Rusiyadakı iqtisadi vəziyyət və Donbas bölgəsindəki əməliyyatların uğursuzluqla nəticələnməsi səbəbindən qaçış planları qurduğu deyilir. Hətta Rusiya liderinin və ailəsinin mümkün məğlubiyyət vəziyyətində qaçmağı planlaşdırdığı ölkənin adı da açıqlanıb.
7Times.az musavat.coma istinadən Britaniya mətbuatında yer alan iddiaları oxucularımıza təqdim edir:
DONBASDA VƏZİYYƏT DƏHŞƏTLİDİR
Paytaxt Kiyevi ala bilməyən və qoşunlarını Ukraynanın şərqindəki Donbas bölgəsinə yönəldən Rusiyanın işğal planı gözləndiyi kimi getmir. Artıq Ukrayna qoşunları Xerson şəhərini geri almaq üçün əks hücuma keçib.
İddialara görə, Vladimir Putin Donbas əməliyyatının uğursuzluqla nəticələnəcəyi təqdirdə rus xalqının baxışında kəskin dəyişiklik olacağının fərqindədir və mümkün məğlubiyyət üçün qaçış planını hazırlayıb.
Qeyd edək ki, Kremldə etibarlı mənbələrə malik olduğunu iddia edən “General SVR” Teleqram kanalı da Putinin qaçış planlarının hazır olduğunu yazır.
RUSİYA İQTİSADİYYATI KİÇİLİR
İddialara əsasən, Putinin qaçış planının arxasında duran səbəblərdən biri də ölkədəki iqtisadi böhrandır. Ekspertlər bildirirlər ki, Ukraynaya hücumdan sonra Qərbin sanksiyalarına məruz qalan Rusiyanın iqtisadiyyatı fəlakətli və geriyə dönməz tənəzzül içindədir.
“Rusiya iqtisadiyyatının vəziyyətini nəzərə alsaq, Putinin Suriyaya qaçmağı düşünməsi təəccüblü deyil”, – Qərb mediası yazır.
DAHA BİR UĞURSUZLUQ
Digər tərəfdən, Ukrayna qüvvələri Rusiya qoşunlarının əlaqələrini məhv etmək üçün Xersonda bir neçə körpünü dağıdıb. Yaxın günlərdə şəhərin yenidən Ukraynaya keçəcəyi bildirilir ki, bu da Rusiya ordusunun uğursuzluğa düçar olmasının göstəricisidir.
Follow @7timesaz