Dünya

Putin Mirziyoyevlə Tokayevə zəng etdi

Putin Mirziyoyevlə Tokayevə zəng etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.

7Times.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Liderlər Rusiya-Özbəkistan əməkdaşlığı mövzusunu, ilk növbədə, ticarət-iqtisadi, enerji və mədəni-humanitar sahələrdə də müzakirə ediblər”, – məlumatda qeyd olunub.

Putin, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə də zəng edib. Rusiya lideri ona Ukrayna ilə münaqişənin həlli üzrə ABŞ ilə dialoqun gedişi, o cümlədən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşünün nəticələri barədə məlumat verib.