Dünya

Putin Navalnının dəfnindən ehtiyat edir – 50 min insan etiraza qalxdı

Putin Navalnının dəfnindən ehtiyat edir – 50 min insan etiraza qalxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya müxalifətinin lideri Aleksey Navalnının fevralın 16-da həbsxanada qəfil dünyasını dəyişməsi bütün dünyada rezonansa səbəb oldu. ABŞ Prezidenti Co Bayden məsələyə reaksiyaya verərək, Rusiya prezidenti Vladimir Putinin Navalnının ölümünə görə məsuliyyət daşıdığını bildirdi. Bu hadisənin “Putinin qəddarlığının daha bir sübutu” olduğunu vurğulayan Bayden ABŞ hakimiyyətinin Rusiyaya qarşı yeni tədbirlər görə biləcəyini də vurğuladı.
Hadisədən dərhal sonra Rusiyanın bir sıra şəhərlərində və xaricdə Aleksey Navalnının xatirəsinə həsr olunmuş aksiyalar keçirilməyə başlandı.
Bakupost.az -ın xarici KİV-lərə istinadən xəbərinə görə, Navalnın ölümü ilə bağlı ilk aksiyalar bir sıra postsovet ölkələrində, xüsusilə İrəvan, Tbilisi və Kişinyovda keçirildi.
BBC-nın Rusiya xidməti isə Londonda yüzlərlə insanın Rusiya səfirliyi qarşısına toplaşıb Navalnını yad etdiklərini bildirdilər. Həmçinin Tallin, Paris, Belqrad və bir sıra digər Avropa şəhərlərində də etiraz aksiyaları keçirildi.
Moskvada isə həmin gün insanlar Lubyanka meydanındakı “Solovetski daşı” qarşısına gül dəstələri qoydular. Aİ-nin bu ölkədəki nümayəndəliyinin Teleqram kanalının məlumatına görə, iştirakçılar arasında Avropa İttifaqının Rusiyadakı səfiri Roland Qalara da olub. “Kommersant”ın məlumatına görə, aksiya zamanı bir neçə nəfər həbs edilib.
Qeyd edək ki, Moskva prokurorluğu aksiyadan əvvəl razılaşdırılmamış etiraz aksiyalarına çağırışlara görə məsuliyyət barədə xəbərdarlıq etmişdi. Lakin buna baxmayaraq, Rusiyanın bir çox şəhərlərində, eləcə də Moskva və Sankt Peterburqda etiraz aksiyaları təşkil olundu.
Bu gün isə Moskva və Sankt-Peterburq məhkəmələri Aleksey Navalnının ölümü ilə əlaqədar keçirilən aksiyalardan sonra saxlanılanlarla bağlı məlumnaty yayıb.
Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin məlumatına görə, fevralın 17-də axşam saatlarında şəhər məhkəmələri icazəsiz mitinqlərin təşkili, orada iştirak və ya ictimai çağırışlarla bağlı 50-dən çox şəxsi inzibati məsuliyyətə cəlb edib (Qeyd edək ki, mitinqlərin 1-ci hissəsi). İnzibati Xətalar Məcəlləsinin 20.2.2-ci maddəsi). Onlardan 40-dan çoxu barəsində inzibati həbs cəzası verilib.
Moskvada fevralın 16-da axşam saatlarında keçirilən aksiyadan sonra saxlanılan 3 nəfərə isə 15 sutka həbs cəzası verilib.
“Matvey Klestov, Yelena Zaprudnova və Anna Kostyakova polisə tabe olmama maddəsi ilə (İnzibati Xətalar Məcəlləsinin 19.3-cü maddəsi) təqsirli biliniblər. Onlar həmçinin mitinqlərin keçirilməsi qaydalarını pozmaqda günahlandırılıblar. Klestova 40 saat icbari əmək, Zaprudnova və Kostyakova hər birinə 20 min rubl pul cəzası təyin edilib”, – deyə Moskvanın Tverskoy Məhkəməsinin mətbuat xidməti RBK-ya bildirib.
“OVD-İnfo” insan haqları layihəsinin məlumatına görə, bütün Rusiyada Aleksey Navalnının xatirəsinə həsr olunan mitinqlərdə 110 nəfər saxlanılıb.
Xatırladaq ki,, fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət müxalifət lideri Aleksey Navalnının “Polyarnıy volk” islah müəssisəsində öldüyünü bildirib. Şöbədən verilən məlumata görə, o, gəzinti zamanı özünü pis hiss edib və huşunu itirib. Həkimlər yarım saatdan çox reanimasiya tədbirləri görsələr də, nəticəsi olmayıb.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, “hələlik məhkəmə-tibbi ekspertizanın nəticəsi bəlli deyil, Federal Penitensiar Xidmət isə yekun məlumatı açıqlamayıb”.
Fevralın 17-də Navalnının anası koloniyaya gəlib və ona oğlunun ölümü barədə rəsmi məlumat verilib. Navalnının silahdaşları meyitin anasına verilmədiyini, müstəntiqlərin onu araşdırma üçün apardığını bildiriblər.
“OVD-İnfo” qeyd edib ki, Rusiya hakimiyyəti 47 yaşlı Aleksey Navalnının ölüm səbəbini açıqlamır və onun cəsədini anasına verməkdən imtina edir.
“50 mindən çox insan Yamalo-Nenets Muxtar Dairəsindəki koloniyada ölən rusiyalı müxalifətçi Aleksey Navalnının cəsədinin yaxınlarına verilməsini tələb edib”, – deyə Teleqram kanalı bildirib.