Dünya

Putin necə təkləndi? – “KTMT Ukrayna müharibəsinə qatılmayacaq, çünki…”

Putin necə təkləndi? – “KTMT Ukrayna müharibəsinə qatılmayacaq, çünki…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynanın 4 vilayəti – Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz ilhaq etməsi KTMT üzvlərinin bu ilhaqı tanıdığı mənasına gəlmir. KTMT ölkələrinin biri belə bu ilhaqı tanımasa, təşkilat Ukrayna müharibəsinə qoşula bilməz”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın Ukraynanın 4 vilayətini ilhaq etməsinin ardınca KTMT-nin Ukrayna müharibəsinə qatılması haqda səslənən iddiaları şərh edərkən deyib:

 

Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq" - Qabil Hüseynli »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

 

“Bu ilhaq beynəlxalq hüquqa ziddir. Bunu bütün ölkələr, xüsusilə də Rusiyanın tərəfdaşları yaxşı bilir. Hələlik isə heç bir ölkə bu ilhaqı tanımır. Putin ilhaqı tanıtmaq üçün dəridən-qabıqdan çıxsa da, çətin ki, bu cəhdi ona fayda versin. Əlbəttə Salamon adaları kimi okean, ada ölkələri və ya Nikaraqua kimi banan respublikaları bu ilhaqı tanıya bilər. Kreml Krımı ilhaq edəndə də məhz bir neçə ada dövləti işğalı qəbul etmişdi. Lakin Rusiyanın tərəfdaşları, KTMT ölkələri bu ilhaqı tanımayacaq. Məsələn, Belarus və Ermənistan Rusiyanın müttəfiqləri olsalar da, Rusiyanın ilhaqını dəstəkləməyiblər. Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov isə deyib ki, KTMT-nin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda iştirakından söhbət gedə bilməz. Rusiya əleyhinə beynəlxalq koalisiya qurulsa və döyüşlər KTMT üzvlərinin tanıdığı Rusiya ərazilərində getsə təşkilat Ukrayna müharibəsinə qatıla bilər”