Rusiya Prezidenti Vladimir Putinə koronavirus infeksiyası əleyhinə ikinci doza peyvənd vurulub.
7times.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Rusiya Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətinin iclasında məlumat verib.
“Ümid edirəm ki, hər şey yaxşı olacaq. Nəinki ümid edirəm, hətta buna əminəm”, – deyə V.Putin qeyd edib.
Rusiya prezidenti ölkə vətəndaşlarına müraciət edərək onları vaksinasiyadan keçməyə dəvət edib.
Rusiya dövlət başçısı məhz vaksinasiya nəticəsində COVID-19 pandemiyasının tezliklə yoxa çıxacağına ümid etdiyini bildirib. konkret.az
Follow @7timesaz