“Putin özünü təhlükədə hiss etdiyi üçün, bacardığı bütün təhdidlərdən istifadə etməyə başlayıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, Ukrayna ordusunun generalı Nikolay Malomuj deyib.
O, bildirib ki, Vladimir Putin Ukraynaya qarşı nüvə silahından istifadə edərsə, dünya Rusiyaya zərbə endirəcək: “Putin indi küncə sıxışdırılıb. O başa düşür ki, müharibəni uduzsa, onun rejimi də sona çatacaq. Ona görə də bu müharibədən çıxmaq üçün bütün resurslarından istifadə etməyə çalışır. Müharibədə məğlubiyyət ola bilsin ki, Putin üçün fiziki son deməkdir”.
General Putinin nüvə şantajına əl atmasından da danışıb: “Putin ölmək istəmir. Ona görə də Rusiyanın nüvə silahından istifadə ehtimalından danışarkən bunu da düşünməliyik. Putin nüvə silahından istifadə edərsə, özünə atəş açmış olacaq. Çünki bu, təkcə Ukraynaya qarşı deyil, bütün dünyaya qarşı atılan addım kimi qiymətləndiriləcək”.
Follow @7timesaz