Dünya

“Putin öz ambisiyaları ilə gerçək imkanları arasında baş sındırmaqdadır”

“Putin öz ambisiyaları ilə gerçək imkanları arasında baş sındırmaqdadır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukraynadakı müharibə iflasa uğrayan “blitskriq”dən uzunmüddətli taqətdənsalma fazasına keçə bilər”
Putin planlarını dəyişir:
Amerika kəşfiyyatı Moskvanın yeni məqsədlərindən xəbər tutub
ABŞ  kəşfiyyatı istisna etmir ki, Rusiya prezidenti Vladimir Putin ölkədə hərbi vəziyyət elan edəcək və Moldovanın işğal edilmiş ərazisində müharibə törədəcək. Buna onu Ukraynadakı hərbi kampaniyada uğurun olmaması sövq edə bilər.
7Times.az xəbər verir ki, bu barədə Senatda çıxıçı zamanı ABŞ Milli kəşfiyyatının rəhbəri Avril Heyns məlumat verib.
Amerika kəşfiyyatı rəhbərinin fikrinə görə, Kreml Ukraynadakı müharibənin planlarını nəzərdən keçirir- iflasa uğrayan “blitskriq”dən uzunmüddətli taqətdən salma müharibəsinə keçir.
“ABŞ kəşfiyyatına məlum olub ki, Rusiya lideri regionda uzunmüddətli müharibə aparmağı planlaşdırır, bu zaman ABŞ və Avropanın belə təcavüzə qarşı qətiyyət göstərməyəcəyinə ümid edir, – Heyns bəyan edib.
Amerika xüsusi xidmət orqanlarının fikrinə görə, Putinin qısamüddətli məqsədləri Donetsk və Luqansk vilayətlərinin və onların ətrafında bufer zonalarının ələ keçirilməsi, Ukrayna Silahlı Qüvvələrinin şərqdə mühasirəyə alınması, bununla da Krım dəhlizi üzərində nəzarəti möhkəmləndirmək və Krıma su daxil olan Xerson vilayətini əlində saxlamaqdır.
ABŞ kəşfiyyatı həmçinin Rusiya prezidentinin bu dəhlizi Moldovanın işğal edilmiş hissəsinədək uzatmaq və Ukraynanı Qara dəniz sahilindən ayırmaq niyyətinin əlamətlərini görməkdədir.
“Putin döyüş əməliyyatlarını Rusiyanın nəzarət etdiyi Dnestryanıyadək genişləndirməyə qərar verib”, – Heyns buna əmindir.
Kəşfiyyat idarəsinin rəhbəri iddia edib ki, Rusiya bu strateji vəzifələri bu və ya digər formada səfərbərlik elan etmədən həll edə bilmir. Yaxın həftələr ərzində Kremlin Donetsk və Luqansk vilayətləri üzərində nəzarət etməsinə isə ciddi şübhələr var.
“Putin böyük ehtimalla hesab edir ki, Rusiyanın onun rəqibinə nisbətən çağırışları dəf etmək qabiliyyəti daha çoxdur və o, ehtimal ki, ABŞ və Avropa İttifaqının ərzaqla bağlı problemlərlə, inflyasiyanın və enerjidaşıyıcılarının qiymətlərinin artması ilə əlaqədar olaraq getdikcə qətiyyətinin zəifləyəcəyinə ümid edir”, – Heyns deyib.
O, həmçinin danışıqlar üçün perspektivləri görmür (hər halda qısamüddətli perspektivdə), “çünki həm Rusiya, həm də Ukrayna hesab edir ki, onlar davam edə bilər və hərbi uğur qazana bilər”.
Putin öz ambisiyaları ilə gerçək hərbi imkanları arasında uyğunsuzluqla rastlaşdığından, yaxın aylarda onun qərarlarını gözlənilməz edə bilər və gərginlik daha da arta bilər, Heyns belə deyib.
“Yaranan meyllər bu ehtimalı gücləndirir ki, Putin daha radikal vasitələrə, o cümlədən hərbi vəziyyətin elan edilməsi, sənaye istehsalının oriyentasiyasının dəyişdirilməsi və ya hərbi əməliyyatların potensial eskalasiyası daxil olmaqla əl atmaqla öz məqsədlərinə çatmaq üçün lazım olan resursları əldə etmək mümkün olun”, – o, belə deyib.
Kəşfiyyat xidmətinin rəhbəri həmçinin güman edir ki, yaxın həftələrdə hərbi hərəkətlərin ən çox ehtimal edilən kəskinləşmə sferaları Rusiyanın Qərbin Ukraynaya yardımını azaltmaq, Kremlin Qərbin iqtisadi sanksiyalarına qarşı əkstədbirləri və ölkə daxilində Putin rejiminə qarşı təhlükələrin baş qaldıra biləcəyi ola bilər.