Dünya

Putin Paşinyana başsağlığı verdi

Putin Paşinyana başsağlığı verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin atasının vəfatı ilə əlaqədar Ermənistanın baş naziri Nikol Paşinyana başsağlığı verib.

7times.az bildirir ki, xəbəri “Sputnik-Ermənistan” yayıb.

Rusiya liderinin başsağlığı teleqramında deyilir: “Hörmətli Nikol Vovayeviç, xahiş edirəm Vova Nikolayeviçin vəfatı ilə əlaqədar başsağlığı diləyimi qəbul edin. Ata ölümü ağır, əvəzsiz bir itkidir․ Dərdinizi və kədərinizi ürəkdən bölüşürəm. Bu çətin saatlarda sizə, ailənizə və dostlarınıza cəsarət və möhkəmlik diləyirəm”.

Xatırladaq ki, erməni baş nazirinin atası 16 dekabrda,  80 yaşında dünyasını dəyişib.