Dünya

“Putin qışadək ömrünü başa vuracaq” – rusiyalı politoloq

“Putin qışadək ömrünü başa vuracaq” – rusiyalı politoloqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mühafizəçilər səs eşidib, tələsik otağa daxil olub, Putinin döşəmə üzərində qıvrıldığını görüb…”
“Bu ilin fevral ayında İsrail həkimləri onu əməliyyat edib, lakin mart ayında onlar bəyan edib ki, təbabətin imkanları tükənib və indi hər şey Tanrının əlindədir…”
“Qərb ölkələri Putinin oxşarları barədə məlumalıdır, lakin onları qayğılandıran Rusiyanın parçalanması və nüvə silahının nəzarətdən çıxması təhlükəsidir…”
“Son dəfə gerçək Putin Ərdoğanla görüşüb, çünki Türkiyə lideri onun oxşarı ilə görüşdən imtina edib…”
Tanınmış rusiyalı politoloq Valeri Solovey bəyan edib ki, Vladimir Putinin ikinci dəfədir ki, ürəyi dayanıb.
7Times.az  xəbər verir ki, bu barədə o, “Exo” nəşrinin “Xüsusi rəy” proqramında bəyan edib.
“Yayılan məlumat məzmunca sadədir, mühafizəçilər səs eşidib, tələsik otağa daxil olub, Putinin döşəmə üzərində qıvrıldığını görüb. Yıxılan zaman o, su və yemək olan masanı da aşırıb. Onlar təcili həkimləri çağırıb və onu reanimasiya etmək mümkün olub. Onun ürəyi dayanıb.
Yeri gəlmişkən, bu, onda ikinci dəfə baş verib.  Əgər yanılmıramsa, birinci dəfə bu, 2021-ci ilin may ayında baş verib. Üstəgəl, son iki ildə onda bir neçə katalepsiya tutmaları olub, o, qəflətən stupor halına düşüb, hərəkət edə, danışa bilməyib. Və bu, 20-30 dəqiqə davam edib. Onu kreslo-xərəyə əyləşdirib nə edəcəyini bilməyiblər”, – Solovey Kremlə yaxın olan adını açıqlamadığı mənbələrə istinadən bəyan edib.
“Baş verənlər haqqında həmin gün mən saat 09:30-da xəbər tutdum. Yəni saat 09:05-də onun halı pisləşib, saat 09:30-da isə mənə bu barədə məlumat verilib”, – politoloq vurğulayıb.
Solovey baş verənləri “ölüm zəngi” hesab edir, onun sözlərinə görə, Rusiya lideri “terminal mərhələdədir”, bu barədə onun ən yaxın ətrafı çox yaxşı bilir və buna hazırlaşır.
Bu barədə Qərb hökumətləri də xəbərdardır. Bu barədə, təbii ki, Qərb kəşfiyyatı da bilir, yəni hökumətlər Qərb kəşfiyyatı vasitəsilə məlumatlıdır”.
“Həkimlərin proqnozu ilə bağlı konsensus mövcuddur, Putin payızın sonunadək ömrünü başa vuracaq. Böyük ehtimalla, bu, daha tez baş verəcək.
Burada saatınadək, yəqin ki, demək mümkün deyil, lakin ümumən götürdükdə, günlərinədək dəqiqliklə müəyyən etmək olar. Onun olduğu vəziyyət elədir ki, daha çarəsi yoxdur. Möcüzə baş verməyəcək”, – Solovey bəyan edib.
O, vurğulayıb ki, onun və Rusiyada ən qalmaqalı “General SVR” “Telegram-kanal”ının informasiya mənbələri müxtəlifdir, amma bəzən “üst-üstə düşəni” də olur.
“Mənim bu “Teleqram-kanal”a heç bir aidiyyətim yoxdur. Mən zamanında onun irəliyə getməsinə kömək etmişəm, lakin bu, çoxdan, onun yaranması zamanı olub”.
Bu kanalın kimə məxsus olması barədə suala cavabında Solovey deyib: “O cümlədən Putinlə mübarizə aparan bir qrup adama məxsusdur”.
Politoloqun sözlərinə görə, bu adamlar Rusiya hakimiyyətinin müxtəlif təsisatlarında yüksək vəzifələr tutur, onlar yaxşı məlumatlıdır, onları yuxarılarda baş verənlər haqqında ən etibarlı informasiya mənbəyi hesab etmək olar. Onların çıxışı olan məlumatlatın xarakterinə görə onlar Putinə həddən artıq yaxındır, – Solovey deyib.
Solovey bəyan edib ki, fevral ayında İsrail həkimləri Putini əməliyyat edib, bundan sonra müalicə prosesini idarə edib, “lakin bu ilin mart ayında onlar deyib ki, təbabətin imkanları tükənib və bundan sonra hər şey Tanrının əlindədir.
Təbabətin imkanlarının həqiqətən də tükənməsi maraqlı məsələdir. Bu məsələ açıq qalır. Bu barədə məlumat almaq üçün mənbə yoxdur, yalnız İsrailə müraciət etmək olar.
Bundan sonra onun səhhəti daima pisləşməyə başlayıb və son həftələr kifayət qədər sürətlə pisləşir, bu zaman o, ümumiyyətlə, bunkerdən çıxmır, praktiki olaraq heç kimlə, hətta ailə üzvlərilə də ünsiyyətdə olmur, həkimlər və xidmət personalı istisnadır”.
Solovey yenidən “Putinin oxşarları” mövzusuna da toxunub. “Çinə, guya, səfər edən Putinə gəldikdə, bu, onun oxşarı olan Vladimir Vasilyeviç olub, onun atasının adı həqiqətın belədir. Xatırlayırsınızsa, patriarx bir dəfə “çaşıb” Vladimir Vasilyeviç deyib. Amma o, əslində, çaşmayıb, onu ələ salıb. O, bununla oxşarına trolluq edib”.
Solovey iddia edir ki, “son dəfə Putin ictimaiyyət qarşısına Ərdoğanla görüşü zamanı çıxıb, çünki Ərdoğan onun oxşarı ilə görüşdən imtina edib.
Amma Si Tszinpin bununla razılaşıb, deyib ki, onun üçün bu, prinsipial məsələ deyil, prinsipial olan Rusiyanın Çinlə münasibətlərində siyasətinin varisliyidir. Və o, oxşarına baxmaq istərdi, çünki ola bilsin, o, hələ uzun müddət Putini əvəzləyəcək”.
Solovey “oxşarı” ilə “orijinal” Putin arasında, guya, fərqi müəyyən etmək üçün əlamətləri açıqlayıb. “Onların boyları, yaşları fəqlidir. Oxşarının yanaq sümükləri fərqlidir.
Zamanlnda geniş plastik əməliyyatlar aparılıb, amma uğursuz alınıb. Onun almacıq sümükləri söhbət zamanı gah qalxır, gah enir. Əlamətlər çoxdur. Sadəcə, onları görməyi və haraya baxmağı öyrənmək lazımdır”.
Soloveyin sözlərinə görə, Rusiya liderinin iki oxşarı var. “Bu, əsas oxşar və onun dublyorudur, o, danışmır, keçidlər üçün lazımdır. Yəni əsas oxşarı Vladimir Vasilyeviçdir.
Onun həmişə iki oxşarı olub, sonradan biri dəyişdirilib. Bu, ən uğurlusudur. O, Putinin səsini oxşadır, bu da həmişə alınmır, çünki fonoskopik ekspertiza bunun müxtəlif adamların səsi olduğunu asanlıqla müəyyən edir. O, bunu imitasiya edir”.
“Vladimir Putin xarici liderlər, xarici nümayəndələrlə görüşəndə xarici kəşfiyyatlar bunun Putin olub-olmadığını doğrudanmı müəyyən edə bilmir?” sualına cavabında Solovey deyib:
“Niyə ki, əlbəttə, bunu bacarırlar. Bu, onlar üçün böyük zəhmət tələb etmir. Lakin Putin daha heç kimlə görüşmür. Dediyim kimi, sonuncu dəfə o, sentyabrın 4-də Ərdoğanla görüşüb. Bundan sonra o, istisnasız olaraq telefon danışıqları aparıb, bax, əsl Putin odur. Hətta bunlar videozənglər də olmayıb. Bəli, bunu müəyyən edə bilirlər. Nə olsun ki?  Onları indi qayğılandıran bu deyil.
Əgər istəsəniz, “susmaq barədə” Qərb və digər hökumətlərin hansısa konsensusu mövcuddur. Bu da ondan ibarətdir ki, bu vəziyyəti açıqlamaq lazım deyil, çünki onlar üçün başlıcası Rusiyada ölkənin parçalanması və nüvə silahının nəzarətdən çıxması kimi güclü turbulent proseslərin başlanmamasıdır. Amerikalılar Putinin adı altında kimin çıxış etdiyini gözəl bilir. Çinlilər də bunu gözəl bilir. Bu, gizli deyil”.
Solovey hesab edir ki, xarici dövlətlərdə Rusiyada “sabitliyin pozulmasını” istəmədiklərindən “Putinin oxşarları”ndan danışılmır. Onlar Rusiyada Putindən daha da pis olacaq istənilən hakimiyyəti qəbul edəcək.
Onlar buna hazıdır. Təki sabitlik saxlanılsın və onlar üçün təhlükə olmasın. Bu, ən maraqlı tərəfidir. Heç kim Rusiyada demokratik proseslərə kömək etmək niyyətində deyil”.
Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putində ürək tutmasının baş verdiyini təkzib edib.
“Onunla bağlı hər şey yaxşıdır, bu, növbəti yalandır, tamamilə yalan informasiyadır”, – Peskov bəyan edib.
O, həm də Putinin oxşarlarının olduğu barədə məlumatları da təkzib edib. “Heç bir oxşarı yoxdur, bu, həm onun işinə, həm də digər məsələlərə aiddir. Bunlar bir sıra KİV-lərin qibtə ediləcək təkidlə müzakirə etdiyi cəfəng informasiyalar kateqoriyasına aiddir. Bunlar yalnız gülüş doğurur”, – Peskov əmin edib.
Xatırladaq ki, bu ərəfədə “General SVR” “Teleqram-kanal”ı Rusiya hakiminin ürəyinin dayandığı barədə məlumat yayıb. Lakin “vaxtında edilən yardım nəticəsində ürək işə düşüb və Putinin şüuru bərpa olunub”.
Həmçinin bu kanal əmin edir ki, Putin ölüm ayağında olduğundan Kreml fəal şəkildə Putinin oxşarlarından istifadə edir.
Moderator.az