Hərbi

Putin Ramzan Kadırova RÜTBƏ VERDİ

Putin Ramzan Kadırova RÜTBƏ VERDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

 

7Times.az  xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib.

“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, – Kadırov vurğulayıb.

 

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib.(apa)