“Rusiya və Çin təhlükəsizlik məsələlərində əməkdaşlıq edir, yüksək texnologiyalı silahları birgə inkişaf etdirir”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin cümə axşamı illik mətbuat konfransında deyib.
“Çin ordusu əhəmiyyətli dərəcədə ən qabaqcıl silah sistemləri ilə təchiz olunub. Biz hətta bəzi yüksək texnologiyalı silahları birlikdə hazırlayırıq. Çinli mütəxəssislərlə kosmos və aviasiya sahəsində işləyirik”, – deyə Rusiya lideri qeyd edib.
Putin həmçinin əlavə edib ki, Rusiya Federasiyası və Çin həm də ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı inkişaf etdirir:
“Bunlar birgə təlimlər, birgə beynəlxalq döyüş oyunlarında iştirak, dənizdə və havada birgə patrul xidmətləridir”.
Putin vurğulayıb ki, Rusiya Federasiyası ilə Çin hər şeyi əhatə edən strateji tərəfdaşlığı inkişaf etdirirlər, onların strateji münasibətləri beynəlxalq arenada əsas sabitləşdirici amildir.
Mənbə: oxu.az
Follow @7timesaz