Dünya

Putin sabah bu qərarı dünyaya ELAN EDƏCƏK – Kiyevə ağır zərbə

Putin sabah bu qərarı dünyaya ELAN EDƏCƏK – Kiyevə ağır zərbəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya birləşməyə qərar verən Ukraynanın 4 bölgəsi ilə bağlı rəsmi addım atılacaq.

7Times.az  bildirir ki, Kremldən verilən açıqlamaya görə, sabah bu regionların Rusiyaya inteqrasiyası ilə bağlı imzalanma mərasimi keçiriləcək. Mərasimdə Rusiya prezidenti Vladimir Putin də çıxış edəcək və açıqlamalar verəcək.

“Vedomosti” qəzeti isə referendumun davam etdiyi 4 bölgənin Krımla birlikdə Rusiyanın doqquzuncu federal bölgəsinə çevriləcəyini yazıb. Qəzet bu iddianı adı açıqlanmayan rusiyalı senator və Krım administrasiyasına yaxın mənbəyə istinadla yayıb. Referendum isə Qərb dövlətləri və Kiyev tərəfindən “fırıldaqçılıq” kimi qiymətləndirilib və nəticə tanınmaz elan edilib.Xatırladaq ki, Moskva 2014-cü ildə işğal etdiyi Krımda da analoji referendum keçirib və 97 faiz səslə Rusiyanın tərkibinə daxil olmaq lehinə bu torpaq ilhaq edilib. Bir çox ölkələr, o cümlədən Türkiyə hələ də Krımı Ukrayna ərazisi hesab edir.Sfera.az