Rusiya prezidenti Vladimir Putin çərşənbə günü, oktyabrın 19-da Təhlükəsizlik Şurasında iclas keçirəcək.
7Times.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Görüşün videokonfrans formatında keçiriləcəyi bildirilir. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məruzə ilə çıxış edəcək.
“Miqrasiya sferasında milli təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması və ölkənin sosial-iqtisadi inkişafı və ictimai-siyasi sabitlik maraqları naminə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır” , – Kremlin mətbuat xidmətindən bildirili.“Unikal”
Follow @7timesaz