Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
7Times.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə informasiya məkanı və onun təhlükəsizliyinin təmin edilməsi müzakirə olunub.
“Bu gün biz sizinlə müasir şəraitdə Rusiya dövlətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı informasiya məkanı sahəsində iş məsələsini müzakirə edəcəyik. Bunun nə qədər vacib olduğunu hamımız başa düşürük, xüsusən indi, həmişə vacibdir, amma xüsusilə indi…”, – Putin iclasdan əvvəl bildirib.
Ənənəvi olaraq görüş qapalı formatda keçirilir.
Follow @7timesaz