Dünya

Putin tək qalıb – Hətta müttəfiqləri belə 4 bölgənin ilhaqını tanımır

Putin tək qalıb – Hətta müttəfiqləri belə 4 bölgənin ilhaqını tanımırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirdikdən sonra tərəfdaşlarından dəstək gözləyir”.

Azmedia.Az  bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert sözügedən ilhaq qərarına gələn reaksiyalardan söz açıb:

“Ankara ilk gündən açıqlama verib ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında Ukrayna torpaqlarının ilhaqının beynəlxalq hüquqa zidd adlandırıb. Bu ilhaq Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyinə də zərbə vurub. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Putindən sonrakı Rusiya lideri ilə görüşə bilər, indiki Kreml sahibi ilə görüş mümkün deyil. Halbuki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilhaqa qədər Putinlə Zelenskini görüşdürməyə çalışırdı. Belarus və Ermənistan Rusiyanın müttəfiqləri olsalar da, ilhaqı dəstəkləməyiblər. Belə olan halda, Kremlin ümidi ötən dəfə olduğu kimi Nikaraqua və bir neçə ada dövlətinədir. Kreml Krımı ilhaq edəndə məhz bir neçə ada dövləti işğalı qəbul etmişdi.

 

Vladimir Putin Ukrayna torpaqlarının Rusiyaya birləşdirdiyini elan etdiyi günün sabahısı Çin lideri Si Sinpinə təbrik məktubu yazıb. 1 oktyabr Çində Respbulika günü kimi qeyd edilir. Putin məktubunda Si Sinpini “əziz dostu” adlandırıb. Kreml sahibi Çinin beynəlxalq arenada artan nüfuzuna işarə edərək iqtisadi və sosial sahədə uğurlarını vurğulayıb. Si Sinpin də Putinə yazdığı məktublarda həmkarına “əziz dost” deyə xitab edir. Buna baxmayaraq, Si Sinpin Ukrayna ərazilərinin ilhaqını tanımayacaq. Ancaq o eyni zamanda bu ilhaqa görə Kremli tənqid də etməyəcək”.

Politoloqun sözlərinə görə, ilhaqa rəğmən, Pekinin Kremllə tərəfdaşlıqdan imtina etməməsi Putin üçün önəmli məsələlərdən biridir:

“Rusiyanın Ukrayna torpaqlarını ilhaqı Mərkəzi Asiya ölkələrinin də maraqlarının əleyhinədir. Bu ölkənin Mərkəzi Asiyadakı əsas tərəfdaşı Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanımaqda davam edəcək. Vladimir Putinin bir gözü də Qazaxıstandadır. Kreml sahibi və onun tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit zaman gözləyirlər. Ukraynada olduğu kimi Qazaxıstanın şimal şəhərlərində də ruspərəst qüvvələr yetişdirilir. Astana Rusiya təhlükəsindən özünü qorumaq üçün alternativ yollar axtarır”.