Dünya

Putin Trampa Rusiyanın Ukraynada genişmiqyaslı hücumunun anonsunu verib

Putin Trampa Rusiyanın Ukraynada genişmiqyaslı hücumunun anonsunu veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa müharibəni bitirməyi planlaşdırmadığını açıq şəkildə bildirib. İyulun 3-də Putin telefon danışığı zamanı Rusiya qoşunlarının Ukraynada genişmiqyaslı hücumunun anonsunu verib.

7Times.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşrin yazdığına görə, Putinin bu bəyanatı Trampı Moskvaya qarşı ritorikanın kəskin dəyişməsi yolunu tutmağa inandıran amillərdən olub.

“Putin qeyd edib ki, qarşıdakı 60 gün ərzində o, Rusiyanın əhəmiyyətli dayaqlara malik olduğu Ukrayna vilayətlərinin inzibati sərhədlərinə qədər əraziləri işğal etmək səylərini bərpa edəcək”, – nəşr yazır.

Tramp Fransa Prezidenti Emmanuel Makrona Putinlə telefon danışığından qısa müddət sonra “O (Putin), hamısını götürmək istəyir”, deyib.

Söhbətin Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrindən getdiyi bildirilir.

APA