Ötən gün Vladimir Putinin və Rusiya siyasi elitasına aid bir neçə nəfərin gizli kanallarla Donald Trampı prezident seçilməsilə bağlı təbrik etdiyinə dair məlumatlar yayılmışdı.
7Times.az xəbər verir ki, “Verstka” nəşrinin yaydığı bu xəbəri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib edib. O, bunu “etibarsız məlumat” adlandırıb.
“Verstka” yazmışdı ki, Trampı Xarici İşlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, “Sberbank”-ın rəhbəri German Qref, Dövlət Dumasının və Federasiya Şurasının spikerləri Vyaçeslav Volodin və Valentina Matvienko təbrik edib.
Follow @7timesaz