Dünya

Putin Türkiyəyə gələcək – Çavuşoğludan AÇIQLAMA

Putin Türkiyəyə gələcək – Çavuşoğludan AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Putin Türkiyəyə gələ bilər”.
Sfera.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, səfərin dəqiq tarixinin bəlli olmadığını bildirib:
“Mühüm irəliləyiş əldə olunub. Əvvəlcə xarici işlər nazirləri, daha sonra liderlər görüşəcək. Xarici işlər nazirlərini bir araya gətirmək üçün çalışırıq. Biz həm Kuleba, həm də Lavrovla mesajlaşdıq. Ukrayna tərəfi İstanbulda keçirilən bu görüşdə tarixlə bağlı öz təklifini yazılı şəkildə təqdim edib. Rusiya nümayəndə heyəti də Putinə məlumat verəcəklərini söyləyiblər. Bu kontekstdə atılacaq addımlar iki tərəf arasında əldə edilə biləcək razılaşmalardan asılıdır. Dəqiq tarix söyləmək mümkün deyil, amma bildirdilər ki, 1-2 həftəyə daha yüksək səviyyəli görüş ola bilər. Prezidentin tapşırığı ilə artıq hər iki tərəfdə səfərdə olmuşam. Müharibənin çox gərgin olduğu bir vaxtda daimi atəşkəs üçün addımların nə vaxt atılacağı ilə bağlı heç nə demək mümkün deyil. Amma Putinin Türkiyəyə gəlməsini gözləyirik”.