Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla Türkiyədə gözlənilən görüşünün baş tutması ehtimalı çox azdır.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın TASS dövlət agentliyi Ankaradakı adını çəkmədiyi mənbəyə istinadla belə bir məlumat yayıb.
Məlumatda deyilir ki, görüşün keçirilməsi mümkündür, amma onun məhz Türkiyədə baş tutması gözlənilmir: “Hazırda belə bir sammitin Türkiyədə baş tutması ehtimalı azdır. Görüş çətin ki, Türkiyə torpağında baş tutsun. Ancaq mümkündür ki, səbəb və uyğun şərtlər olsa, Ərdoğan Rusiyanı ziyarət edə bilər. Lakin bununla bağlı qəti qərar yoxdur və bunlar ehtimallardır”.
Bununla yanaşı, Türkiyə Prezidentinin mətbuat xidməti də TASS-a bildirib ki, avqust ayında Ərdoğanla Putinin görüşünün keçirilməsinə dair konkret qərar yoxdur.
Follow @7timesaz