Rusiya Prezidenti Vladimir Putin iyunun 23-də Qara dənizdə Böyük Britaniyanın “Defender” minadaşıyan hərbi gəmisi ilə bağlı yaşanan insidenti şərh edib.
Putin bu barədə illik mətbuat konfransında çıxış edərkən bildirib.
“Dediniz ki, dünya növbəti dünya müharibəsinin astanasında idi. Əlbəttə ki, deyil. Bu gəmini batırmış olsaydıq belə, dünyanın Üçüncü Dünya müharibəsinin astanasında olacağını təsəvvür etmək hələ də çətin olardı. Çünki bunu edənlər bilir ki, onlar bu müharibədən qalib çıxa bilməzlər”, – deyə Putin qeyd edib.
Onun sözlərinə görə, Rusiya tərəfi yeni bir müharibənin başlanmasına çətin ki sevinsin.
“Ancaq ən azından nəyin uğrunda mübarizə apardığımızı bilirik. Özümüz üçün, gələcəyimiz üçün öz ərazimizdə mübarizə aparırıq”, – deyə Rusiya dövlət başçısı əlavə edib.(qafqazinfo)
Follow @7timesaz