Dünya

“Putin Ukrayna üzrə danışıqlara hazırdır, amma…” – Peskov

“Putin Ukrayna üzrə danışıqlara hazırdır, amma…” – Peskovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafında situasiya ilə bağlı danışıqlara hazırdır. Bu barədə Kremlin mətuat katibi Dmitri Peskov CNN kanalına müsahibəsində bəyan edib.

Peskov qeyd edib ki, Prezident Putin həmişə danışıqların, diplomatiyanın tərəfdarı olub və təhlükəsizlik qarantiyası məsələsinin müzakirəsini irəli sürüb.

Peskovun sözlərinə görə, Ukrayna ilə bağlı problem Rusiyanın təhlükəsizliyi üçün nəhəng problemin yalnız bir hissəsidir.