Dünya

“Putin Ukraynada humanitar fəlakət yaratmaq istəyir” – Zelenski

“Putin Ukraynada humanitar fəlakət yaratmaq istəyir” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın kritik infrastruktura davamlı hücumları Ukraynada humanitar fəlakət yaratmaq məqsədi daşıyır.

“7Times.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya Baş naziri Keyr Starmer ilə görüşündə deyib.

“Mən sizinlə razıyam ki, Putin müharibəni bitirmək istəmir və yenə də bizi humanitar fəlakətə aparacaq addımlara başlayıb. Əlbəttə ki, o, bu qış enerji, qaz və su təchizatına hücumlar vasitəsilə bunu yaratmaq istəyir”, – deyə Zelenski vurğulayıb.

Zelenski Britaniyaya göstərdiyi köməyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, bu gün “Könüllülər Koalisiyası” Ukrayna üçün təhlükəsizlik zəmanətlərini, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini və enerji dəstəyini müzakirə edəcək.

“AzPolitika.info”