Dünya

“Putin Ukraynanı kütləvi şəkildə atəşə tutmaqla hərbi nöqteyi-nəzərdən heç nə əldə etmədi…”

“Putin Ukraynanı kütləvi şəkildə atəşə tutmaqla hərbi nöqteyi-nəzərdən heç nə əldə etmədi…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PO müşaviri bunun Rusiya diktatoruna nə üçün lazım olduğunu izah edib…

“Rusiya Ukraynanı kütləvi şəkildə atəşə tutmaqla hərbi nöqteyi-nəzərdən heç nə əldə etməyib”.
Moderator.az “UNİAN”a istinadla xəbər verir ki, bu fikri Ukrayna  Prezident Ofisinin müşaviri Aleksey Arestoviç “YouTube”-da rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində bildirib.
O hesab edir ki, Rusiya prezidenti Vladimir Putin ictimai rəyi tənzimləmək üçün eskalasiya, gərginlik axtarırdı.
“Onu xüsusilə birbaşa təmasda olduğu qrupun rəyi maraqlandırır. Bu, onun yaxın çevrəsidir: təhlükəsizlik qüvvələri, oliqarxlar ki, onun hələ də sükanı saxlamaq qabiliyyətini müşahidə edirlər”, – deyə Arestoviç izah edib.
PO-nun müşaviri bildirib ki, Ukrayna şəhərlərinin Rusiya tərəfindən son atəşə tutulması təxminən 300 milyon dollara başa gəlib.
“Onlar hərbi baxımdan heç nə əldə etmədilər. Dağıdılanların çoxu yaxın gələcəkdə bərpa olunacaq və ya artıq bərpa olunub. Bəs nəticə nə oldu?  Dünyanı radikal şəkildə özlərinə qarşı çevirdilər. Qərbdə onların oyun qurmağa çalışdıqları, son bir həftədə Rusiya Federasiyası ilə razılaşmağın lazım olduğu mövzusunu qaldıran adamların heç bir arqumenti qalmayıb. Siz kiminlə danışmağı təklif edirsiniz? Mülki infrastruktura zərbə vuranlarla?” – deyə Arestoviç  sual edib.
O hesab edir ki, atışmanın nəticəsi sanksiyaların genişləndirilməsi və Ukraynaya silah və hava hücumundan müdafiə təchizatının sürətləndirilməsi olacaq.
“Bu “şən yaylım atəşi”nin zərəri Rusiya Federasiyası və Putin üçün təsəvvür edilən hər hansı faydadan çox olacaq. Bu, daxili gündəmə təsir edəcək bir hərəkətdir” -deyə müşavir əlavə edib.