Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İmam Əli məscidində cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp ilə görüşə bilər.
Türkiyə lideri Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik səylərdən danışıb.
“Biz istəyirik ki, liderlər İstanbulda görüşsün. Bəlkə bu həftə Putin və Tramp ilə bir araya gəlmək imkanım olacaq”, -deyə Ərdoğan qeyd edib.
Follow @7timesaz