Ukrayna bu ili müharibəni başa çatdırmaqla yekunlaşdırmaq istəyir və atəşkəsə hazırdır.
7Times.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Libération” qəzetinə müsahibəsində deyib.
“Ukrayna 30 günlük atəşkəslə hazırdır, həmçinin 50, 90 və ya 100 günlük atəşkəsə də. Biz bunu birbaşa rus tərəfinə də bildirmişik. Atəşkəs – daha genişmiqyaslı danışıqların davamı üçün həqiqətən irəliyə gedən yoldur”, – deyə Sibiqa bildirib.
O əlavə edib ki, hazırda Ukrayna Moskvadan sülh danışıqları ilə bağlı öz baxışlarını əks etdirən bir memorandum gözləyir. Bundan sonra Kiyev də öz yanaşmalarını təqdim edəcək:
“Biz həmçinin Zelenski və Putinin görüşü ilə bağlı fikir mübadiləsi aparmağa razılaşmışıq. Biz bu görüşün daha geniş formatda, Trampın da iştirakı ilə baş tutmasını istərdik. Bizim prinsipial mövqeyimiz həm də ondan ibarətdir ki, Avropa danışıqlar masasında iştirak etməlidir. Roma Papası Vatikanı təklif edib. Amma hər iki tərəfin razılığı vacibdir. Ukrayna hazırdır”.
Follow @7timesaz