Dünya

“Putin yalanlarını davam etdirir” – “Onun üçün Ukraynanın özü kimi, xalqı da yoxdur”

“Putin yalanlarını davam etdirir” – “Onun üçün Ukraynanın özü kimi, xalqı da yoxdur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında Rusiya Prezidentinin ünvanına kəskin ittihamlar səsləndirib.

7Times.az  xarici KİV-ə istinadla xəbər verir ki, Blinkenin dediyinə görə, Vladimir Putin Ukraynanın real dövlət olmadığı və real sülh istəmədiyi barədə “yalan iddialarını davam etdirir”: “Putin yalandan Ukraynanın real dövlət olmadığını iddia etməkdə və Ukrayna xalqının öz kimliyinə malik olduğunu inkar etməkdə davam edir. Putinin nəzərində Ukraynanın özü kimi, Ukrayna xalqı da yoxdur”.

Blinken vurğulayıb ki, Ukrayna dəfələrlə bu müharibəyə son qoymaq üçün diplomatiyanın yeganə yol olduğunu və danışıqlara hazır olduğunu bəyan edib: “Putini sülh maraqlandırmasa da, o, bu yaxınlarda bildirdi ki, Rusiya yalnız Ukrayna öz qoşunlarını Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən çıxardıqda danışıqlar masasına qayıdacaq. Başqa sözlə, Ukrayna öz ərazisindən geri çəkiləndə. Biz BMT-nin əsas prinsiplərini sarsıtmaqdansa, onu dəstəkləyən bir dünya üçün çalışmalıyıq”.

Blinken bəzi ölkələrin təkliflərində BMT Nizamnaməsinə və prinsiplərinə diqqət yetirilmədiyini, təcavüzkar və qurban arasında fərq qoyulmadığını deyib: “Bütün bu təkliflər Putinin işğalını mükafatlandıracaq, ona dincəlməyə, silahlanmağa və əvvəllər dəfələrlə etdiyi kimi, Ukraynaya yenidən soxulmağa imkan verəcək”.

“AzPolitika.info”