Dünya

“Putin Yaxın Şərqdəki tələfatlardan danışanda hiddətlənirəm” – Şolts

“Putin Yaxın Şərqdəki tələfatlardan danışanda hiddətlənirəm” – Şoltsbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərqdə müharibənin mülki əhalinin tələfatına səbəb ola biləcəyi ilə bağlı açıqlamalarıdan hiddətləndiyini bildirib və Putunin bu bəyanatlarını böyük «sinizm» adlandırıb.

7Times.az  «Ukrainskaya pravda»ya istinadla xəbər verir ki, Şolts bu haqda Bundestaqda son hadisələr kontekstində çıxış edərkən deyib. “Rusiya Prezidentinin indi hər yerdə silahlı qarşıdurmalarda mülki əhali arasında itkilər ola biləcəyi ilə bağlı xəbərdarlıq etdiyini eşidəndə daha çox hiddətlənirəm. Bundan daha «sinizm» dolu bəyanat tapa bilməzsiniz», — deyə Şolts qeyd edib.

Şolts daha əvvəl HƏMAS-ın əlində olan girovların azad edilməsi üçün çalışacağına söz vermişdi.

O, bu günlərdə müharibə bölgəsindəki vəziyyəti öyrənmək və bölgədə daha da gərginliyin qarşısını almaq üçün İsrailə səfər etmişdi.

İsrailə səfəri zamanı Almaniya kansleri hava hücumu xəbərdarlığı səbəbindən təyyarədən enməli və Tel-Əviv hava limanında yerə uzanmalı olub.

“AzPolitika.info”