Dünya

Putin Zelenski ilə danışmağa maraq göstərmir

Putin Zelenski ilə danışmağa maraq göstərmirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın işğalı təhlükəsi ilə bağlı xəbərlər fonunda Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışsa da, Kreml danışıqlara razılıq verməyib.

 

7Times.az  xəbər verir ki, bu barədə dövlət başçısı jurnalistlərə bildirib.

“Son günlər, vaxtaşırı Ukrayna məsuliyyətli ölkə kimi istənilən an risklərin eskalasiyası, bu risklər haqqında məlumat, qoşun yeridilməsi ilə bağlı məlumatlar və bu kimi məsələlərlə bağlı Rusiya Federasiyasının Prezident Administrasiyasına rəsmi müraciət edib. Bu rəsmi qeyd edilib”, – deyə Zelenski bildirib.

O, bildirib ki, Ukraynaya cavab verilməyib və beləliklə iki prezidentin görüşünə şərait yaradılmayıb.

“Heç kim telefon danışığının mümkünlüyü barədə konkret fikir bildirmir. Bir çox ölkə öz vasitəçiliyini təklif edir, biz buna maraqlıyıq, heç bir ölkədən imtina etməmişik. Bundan əlavə, bəzi ölkələrə özümüz vasitəçi olmaq təklif etmişik. Biz Rusiya Federasiyası ilə müxtəlif formatlı danışıqlar aparmağa çalışırıq”, – deyə o əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenskinin Türkiyədə Vladimir Putinlə görüşməyə razılaşdığını bildirmişdi. Hər iki dövlət başçısını “ixtilafları müzakirə etmək və həll etmək” üçün Ankaraya dəvət etmişdi.